2021-ci ilin yanvar-mart aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 83,9 milyon manatlıq ($49,35 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə əməliyyatların həcmi 60,4% azalıb.
Yanvar ayında aparılan əməliyyatların həcmi 25 milyon manat, fevral ayında 25,5 milyon manat, mart ayında 33,4 milyon manat təşkil edib.
2021-ci ilin yanvar-mart aylarında Azərbaycana 117,2 min turist gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə azdır.
2020-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 430,2 milyon manat ($253,1 milyon) təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 65,8% azdır.*
B.Rüstəmbəyov