“Azərişıq” ASC fiber-optik (48 lifli) kabelin çəkilməsi və iki nüvəli ATS-in qurulması işlərinə təxminən 2 milyon manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Azərişıq” “Estet” MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqaviləyə əsasən, “Estet” MMC yarımstansiyalar arasında bağlantıların qurulması üçün Şükürbəyli-Hadrut-Şuşa istiqamətində fiber-optik kabel çəkəcək və rabitə sisteminin keyfiyyətinin və dayanaqlılığının artırılması üçün iki nüvəli ATS quracaq.
Müqavilənin dəyəri 1 milyon 999 min 406,87 manatdır.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
B.Rüstəmbəyov