ABŞ prezidenti Co Bayden Konqresi xəbərdar edib ki, Amerika prezidentinin Administrasiyası "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd edib. Nəticədə, Vaşinqton Azərbaycana birbaşa hərbi yardım göstərə biləcək. Bu barədə “The Hill” nəşri yazır.
“The Hill”in sərəncamında olan xəbərdarlıqda ABŞ dövlət katibi Entoni Blinken qeyd edir ki, ABŞ-ın Azərbaycana hərbi yardımının göstərilməsi “ABŞ-ın beynəlxalq terrorçuluğa qarşı mübarizəsində səylərinin dəstəklənməsi üçün zəruri; ABŞ-ın beynəlxalq terrorçuluğa qarşıdurmaq çərçivəsində koalisiya üzrə tərəfdaşlarının dəstəklənməsi üçün zəruri; Azərbaycan sərhədlərinin təhükəsizliyi üçşün vacibdir”.
Ötən həftə ABŞ dövlət katibi Entoni Blinken Azərbacan prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı Vaşinqtonun 2021-ci ildə də "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd etdi.
907-ci düzəliş 1992-ci ildə Konqres tərəfindən qəbul olunub və Ermənistanla Azərbaycan rasında münaqişə ilə əlaqədar Amerika Administrasiyası tərəfindən hökuməti xətti ilə Bakıya yardımın göstərilməsini qadağan edirdi. Lakin 2001-ci il 11 sentyabr tarixiində terorr aktından sonra sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. **
A.Əzizov