2021-ci il aprelin 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $6 milyard 367,6 milyon təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2020-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $6 milyard 369,4 milyon təşkil edib. Beləliklə, 2021-ci ilin yanvar-aprel aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 0,03% azalıb.
Aprel ayında AMB-nin valyuta ehtiyatları 0,2% və ya $11,4 milyon artıb.
Xəbər verildiyi kimi, 2020-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 1,8% artıb.**
Ə.Məmmədov