Dövlət Turizm Agentliyi (DTA) Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda evlərin təmiri və bərpası işlərinə “Perlit” MMC-ni cəlb edib.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, müsabiqə əsasında seçilmiş şirkətlə 876,181 min manatlıq müqavilə bağlanıb.
Təmir işləri qəzalı vəziyyətdə olan 16 evdə aparılacaq.*
X.Nəsirzadə