Azərbaycan NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində Əfqanıstanda fəaliyyət göstərən sülhməramlı kontingentini Əfqanıstandan çıxarmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyindən bildirilib.
“Biz sülhməramlılarımızı Əfqanıstandan çıxarmağı planlaşdırırıq”, - deyə məlumatda qeyd olunur.
Bununla yanaşı, nazirlikdə Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılma vaxtını dəqiqləşdirməyiblər.
Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti Əfqanıstandakı missiyada iştirak edir.*
A.Əzizov