Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib.
Dövlət başçısının saytındakı məlumata əsasən, prezident həmçinin “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak edib.
O cümlədən, prezident Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub.
Bundan başqa, Əliyev Ordubad dəmir yolu stansiyasında görülən işlərlə tanış olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov prezidentə görülən işlər barədə məlumat verdi. **.
X.Nəsirzadə