RF XİN başçısı Sergey Lavrov bazar ertəsi türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı Fələstin-İsrail münasibətlərinin gərginləşməsini müzakirə edib. Bu barədə Rusiya XİN-dən məlumat verilib.
“Bundan başqa, Dağlıq Qarabağ ətrafında vəziyyətin stabilləşməsi üzrə səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub”, - XİN-dən əlavə ediblər. **