Regionda sərhədlərlə əlaqədar məsələlər mürəkkəbdir, lakin buna baxmayaraq, həllolunandır. Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bəyan edib.
“Sülhməramlıların rolunun yüksək qiymətləndirilməsinə görə minnətdarıq. Sizin qeyd etdiyiniz kimi, hər kəsin hərbi aspektlərin bağlanmasından çıxış etməsi üçün əlimizdən gələni edəcəyik. İndi “həmin torpaqda” detallarla məşğul olmaq lazımdır. Orada sərhədlərin delimitasiyası, demarkasiyası var. Zənnimizcə, heç nə sadə deyil, lakin həllolunandır. Hərbi ekspertlər diplomatların iştirakı ilə qarşılıqlı qəbulolunan nəticə barədə razılığa gələ bilərlər”, - Lavrov qeyd edib. **