Azərbaycan Qarabağda hərbi əməliyyatlar sona çatdıqdan sonra regionda nəqliyyat infrastrukturunun bərpası məqsədilə fəal iş həyata keçirir. Bu barədə prezident İlham Əliyev bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bəyan edib.
“Bu yaxınlarda üç ölkənin (Rusiya, Azərbaycan və Ermənistan - İF) baş nazirlərinin müavinlərinin görüşü baş tutub. Düşünürəm ki, həmin görüşdə birgə bəyanatın vacib bəndi – nəqliyyat dəhlizlərinin açılmasının reallaşdırılması işində mühüm addımlar atılıb. Biz, öz tərəfimizdən, dəmir yolu və avtomobil yolları infrastrukturlarının bərpası ilə bağlı fəal iş aparırıq. Konkret müddət nəzərdə tuturuq və bu layihənin yaxın zamanda yerinə yetirilməsi üçün çalışacağıq”, - Əliyev deyib.
Onun qiymətləndirmələrinə əsasən, postkonflikt vəziyyət bütün səviyyələrdə daha sıx təmasların zəruriliyini diktə edir. “Bütün bunlar müsbət inkişaf, təhlükəsizliyin möhkəmlənməsi, stabilliyin güclənməsi, hərbi əməliyyatların bərpası risklərinin minimallaşması və tariximizin bu qara səhifəsini çevirmək cəhdini müşahidə etməyimizə gətirir”, - deyə Azərbaycan prezidenti əlavə edib ki, Bakı “buna hazırdır”.
Əliyev bəyan edib ki, Azərbaycan öz tərəfindən “postkonflikt vəziyyətin sakit şəraitdə, əsəbsiz və Cənubi Qafqaz regionunda sabitlik və proqnozlaşdırılan gələcək münasibətlərin qurulması zərurəti nəzərə alınmaqla, bütün səylərini sərf edir. **