Baku City Circuit şirkətinin icraçı direktoru Arif Rəhimov futbol üzrə Avropa çempionatı oyunlarının iyunun 12-də Bakıda başlanması səbəbindən Formula 1 Azərbaycan Qran Pri yarışlarının iyunun 6-dan 13-nə keçirilməsi imkanını istisna edib.
“Bu yaxınlarda Britaniya hökumətinin Türkiyəni “qırımızı siyahı”ya salınmasına dair qəbul etdiyi qərardan sonra (bu ölkəyə səfərdən sonra məcburi 10 günlük karantin lazımdır), yarışın mümkün əvəzlənməsinə dair məsələlər müydana gəlib. Öncə iyunun 13-nə Kanada Qra Prisi, sonra Türkiyə Qran Prisi təyin olunmuşdu. Ancaq indi Azərbaycanda və Türkiyədə yarışların yeri dəyişilərsə, o zaman Formula 1-in britaniyalı personalı 10 günlük karantini ötürmək üçün Türkiyədən kənarda kifayt qədər vaxt keçirə bilərdi”, - deyə f1news.ru yazır.
“Bununla əlaqədar danışıqlar olub, lakin bizim vəziyyətdə həftəsonu yarışların tarixi qeyd olunub. Bu tarix Bakıda keçiriləcək digər idman hadisələri ilə bağlıdır. Avropa çempionatının ilk oyunun iyunun 12-də - şənbə günü, həftəsonu yarışları sona çatdıqdan sonra keçiriləcək. Bizim manevr üçün imkanımız yoxdur, biz, demək olar ki, heç nə edə bilmərik. Əgər bu, Qran Pri təqvimdə yeganə böyük hadisə olduğu başqa bir il olsaydı, o zaman tarixi dəyişdirə bilərdik, lakin bu il yox”, - nəşr Arif Rəhimovun sözlərindən sitat gətirir.
Azərbaycan Qran Prisi iyunun 6-da Bakının şəhərlərində keçiriləcək, lakin COVİD-19 ilə bağlı məhdudiyyətlərə görə tamaşaçılarsız. **
N.Abbasova