Belarus 2021-ci ilin yanvar-mart aylarında $1 milyard 575 milyon dəyərində neft idxal edib. Bu barədə Belarus mətbuatı xəbər verir.
Hesabat dövründə Azərbaycandan $131 milyon, Rusiyadan $1 milyard 444 milyon dəyərində neft idxal olunub.
Xəbər verildiyi kimi, “SOCAR Trading” (SOCAR-ın törəmə strukturu) Belarus tərəfi ilə 2021-ci ildə 1 milyon tona yaxın neftin tədarükü haqqında müqavilə bağlayıb. 2021-ci ilin yanvar – mart aylarında “SOCAR Trading” Belarusa 360,1 min ton ümumi həcmdə dörd partiya Azərbaycan nefti nəql edib.
“SOCAR Trading” 2020-ci ilin mart ayında Belarusun “Belneftexim” konserninə neft tədarük etməyə başlayıb.
2020-ci ildə SOCAR “Belneftexim”ə 1 milyon tona yaxın neft tədarük edib, bunun 720 min tona qədəri Azərbaycan, qalan həcm isə qeyri-Azərbaycan nefti olub.**
N.Abbasova