Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
“Nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar”, - Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib
Söhbət zamanı nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər. **
N.Abbasova