2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda ÜDM 0,2% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin yanvar-mart aylarının yekunları üzrə ÜDM-in 1,3% azalıb.
ÜDM-in azalmasını DSK-də COVİD-19 ilə bağlı məhdudiyyətlər və OPEC+ çərçivəsində neft hasilatının azalması, həmçinin apreldə AÇG yataqlar blokunda “Qərbi Azəri” platformasının iki həftəlik parofilaktik işlər üçün dayanması ilə izah ediblər.
Hesabat dövründə neft sektorunda azalma 8,4%, qeyri-neft sektorunda – 4,1% artım təşkil edib.
Statistik məlumatlara görə, yanvar-apreldə Azərbacanda ÜDM-in nominal həcmi 25 milyard 78,6 milyon manat təşkil edib.
ÜDM istehsalının 41,1%-i sənaye, 10%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,6%-i nəqliyyat və anbar təsərrüfatı, 0,9%-i turistlərin yerləşdirilməsi və məişət xidmətləri, 1,9%-i informasiya və rabitə, 10,3%-i xalis vergilər və malların idxalı, 19,1% - digər sahələrinin payına düşüb.
Yanvar-aprel aylarında əhalinin hər nəfərinə düşən ÜDM 2 min 506,2 manat təşkil edib (artım 11,4%).
2021-ci ildə İqtisadiyyat Nazirliyi ÜDM-in 3,4% səviyyəsində artım proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM-in azalması COVİD-19 ilə bağlı məhdudiyyətlər və OPEC+ çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3% təşkil edib. **
N.Abbasova