ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla telefon danışıqları zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətl bağlı narahatlıq ifadə edib.
“Bu gün milli təhlükəsizlik məsələləri üzrə müşavir Ceyk Sallivan Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev ilə ayrı-ayrılıqda telefon danışığı aparıb... Sallivan Ermənistanla Azərbaycan arasında gərginliklə bağlı narahatlıq ifadə edib”, - Ağ Evin mlumatında deyilir.
“O, demarkasiya olunmamış sərhəd boyu hərbçilərin yerdəyişməsini təxribatçı və məsuliyyətsiz adlandırıb”, - Ağ Ev qeyd edir.
Bundan başqa, Sallivan “hər iki ölkənin sərhədin demakrasiyası üzrə rəsmi danışıqların aparılmasının zəruriliyini vurğulayıb”.
Bundan başqa, məlumatda qeyd olunur ki, Sallivan “ABŞ-ın regionda atəşkəsə nail olması üçün, bunun üçün ikitərəfli təmasları, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin statusundan istifadə etməklə, iş görmək cəhdləri barədə məlumat verib”. **