Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Dünən qeyri-rəsmi olaraq KTMT xarici işlər nazirlərinin işinə başladıq. Erməni həmkarımızın xahişinə baxdıq. Bu xahişə uyğun olaraq Bakı və İrəvan arasındakı münasibətləri müzakirə etdik”, - deyə o, mətbuat konfransında bildirib.
“Tərəflərlə ilkin razılaşmaya əsasən, Rusiya Federasiyası sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində yardım göstərməyi təklif edib və bu məqsədlə birgə Ermənistan-Azərbaycan komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Rusiya bu komissiyada məsləhətçi və ya vasitəçi kimi iştirak edə bilər”, - deyə Lavrov qeyd edib.*