2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 706,6 milyon manat və ya ÜDM-in 2,8%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 8 milyard 234,3 milyon manat (2020-ci ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə azalma 14%), xərcləri 7 milyard 527,7 milyon manat (artım 3,6%) təşkil edib.
Yanvar-aprel aylarında Azərbaycanda ÜDM-in nominal həcmi 25 milyard 78,6 milyon manat təşkil edib.
2021-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 25 milyard 427 milyon manat, xərcləri üzrə proqnoz 28 milyard 543 milyon manat təşkil edir. Dövlət büdcəsinin kəsiri 3 milyard 116 milyon manat və ya ÜDM-in 4,1%-i səviyyəsində proqnozlaşdırılır.*
B.Rüstəmbəyov