Azərbaycan 2021-ci ilin yanvar-mart aylarında 26 min 277,71 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 71,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Premium Euro-95” markalı benzinin idxal həcmi dəyər ifadəsində $16 milyon 781,15 min (artım 45,1%) təşkil edib.
“Hesabat dövründə $15 milyon 142,74 min məbləğində 23 min 721,48 ton “Premium Euro-95” markalı benzin (bütün idxalın 90,3%-i) Rusiyadan idxal edilib. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə Azərbaycan RF-dən benzin idxalını 60,4% artırıb, dəyər ifadəsində artım 36,2% təşkil edib.
Bundan başqa, hesabat dövründə Gürcüstandan $371,85 min dəyərində 559,32 ton, İrandan isə $1 milyon 266,56 min dəyərində 1 miт 996,91 ton (miqdar ifadəsində artım 3,8 dəfə, dəyər ifadəsində artım 2,8 dəfə) “Premium Euro-95” markalı benzin idxal edilib. 2020-ci ilin yanvar-mart aylarında Gürcüstandan idxal həyata keçirilməyib.
Bu ilin yanvar-mart aylarında $562,73 min dəyərində (azalma 12,1%) 718,75 ton (azalma 4%) “Super Euro-98” avtomobil benzini idxal edilib. İdxal Rumıniyadan həyata keçirilib.
2020-ci ildə Azərbaycan $58 milyon 615,07 min dəyərində 96 min 998,93 ton “Premium Euro-95” markalı benzin idxal edib. $34 milyon 469,77 min dəyərində 56 min 743,48 ton benzin (bütün idxalın 58,5%-i) Rusiyadan idxal edilib.
Ötən il Azərbaycana $2 milyon 96,71 min dəyərində 2 min 654,36 ton “Super Euro-98” markalı benzin idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin bir litrinin pərakəndə qiyməti 1,25 manat, “Super Euro-98” markalı benzinin bir litrinin pərakəndə qiyməti isə 1,4 manat təşkil edir.*
N.Abbasova