Erməni hərbçilər Azərbaycanla sərhəddə vəziyyətlə əlaqədar taktiki əməliyyatlar həyata keçirirlər. Bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.
“Mövqeyimiz birmənalıdır - Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistanın suveren ərazisindən çıxmalıdır. Silahlı qüvvələrimiz taktiki xarakterli əməliyyatlar həyata keçirirlər. Ancaq bizim mövqeyimiz bundan ibarətdir ki, bu vəziyyət diplomatik, sülh yolu ilə həll olunmalıdır. Bu, bizim prioritet yanaşmamız və hədəfimizdir”, - deyə Paşinyan bu gün bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabit, lakin gərgin olaraq qalır.
“Təbii ki, biz strateji tərəfdaşımız olan Rusiya ilə fəaliyyətimizi davam etdirəcəyik. Mən köməklik göstərilməsi xahişi ilə Rusiya prezidentinə müraciət etmişəm və bu istiqamətdə məsləhətləşmələr davam etdiriləcək”, - deyə Paşinyan qeyd edib.*