ABŞ-ın Dövlət katibi Entoni Blinken Rusiya XİN başçısı Sergey Lavrovla görüş zamanı Azərbaycan və Ermənistan arasında böhran, Əfqanıstan, Çin Xalq Respublikasını müzakirə ediblər. Bu barədə Dövlət Departamentinin rəsmisi Ned Prays bəyan edib.
“Dövlət katibi Suriya xalqı üçün humanitar yardıma çıxışın təminatının zəruriliyini vurğulayıb. Həmçinin, onlar Ermənistanla Azərbaycan arasında münaqişənin uzunmüddətli siyasi həlli daxil olmaqla, regional məsələləri müzakirə ediblər”, - Praysın məlumatında deyilir. **