Azərbaycan 2021-ci ilin yanvar-mart aylarında 7 milyon 285,5 min ton neft ixrac edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 4,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $3 milyard 82 milyon 687,7 min (artım 11,1%) təşkil edib.
Cari ilin birinci rübündə Azərbaycan 5 milyard kubmetr (artım 38,6%) qaz ixrac edib. Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $817 milyon 397,5 min (artım 5,8%) təşkil edib.
2020-ci ildə Azərbaycan $8 milyard 520 milyon 478,8 min dəyərində 28 milyon 374,2 min ton neft, $2 milyard 763 milyon 457,9 min dəyərində 13 milyard 839,9 milyon kubmetr qaz ixrac edib.
Hazırda Azərbaycan qazı Türkiyə və Gürcüstana, eləcə də İtaliya, Yunanıstan və Bolqarıstan istehlakçıları üçün Avropaya ixrac edilir.**
N.Abbasova