Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgindir, Azərbaycan Silahlı Qüvvələrinin 600 nəfərədək hərbi qulluqçusu Ermənistan ərazisindədir. Bu barədə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib.
“Sünik və Qeqarkunik vilayətlərinin ərazisində operativ vəziyyət dəyişməyib. Vəziyyət gərgindir. Kifayət sayda Azərbaycanın hərbi qulluqçusu Ermənistan ərazisindədirlər, təxminən 500-600 nəfər”, - Paşinyan bu gün hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin məntiqi ondan ibarətdir ki, “taktiki fəaliyyətlə azərbaycanlıların hərəkət potensialını məhdudlaşdırsın”.
“Siyasi mənada fəaliyyətimiz aşağıdakılardır – vəziyyətin nəzarətdən çıxmasına imkan verməmək, hərbi toqquşmanın qarşısını almaq üçün maksimum səy göstərmək, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisini tərk etmələrinə nail olmaq”, - Paşinyan qeyd edib. **