2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 219,7 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 22,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 963,2 min ton sement istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7% çoxdur.
Yanvar-aprel aylarında 5,9 min ton (artım 25,5%) tikinti gipsi, 21,5 min ton (artım 59,3%) sementdən tikinti blokları və kərpicləri, 716,6 min ton (artım 39,2%) hazır beton qarışığı, 12,3 min ton (artım 18,3%) tikinti əhəngi, 149,3 min kubmetr (artım 5,7%) tikinti kərpici, 9,534 min ton (artım 87,2%) emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar istehsal edilib.
Hesabat dövründə asfalt istehsalında 82,9%, betondan yığma tikinti konstruksiyalarının istehsalında 29,6% (9,5 min kubmetr) azalma qeydə alınıb.*
B.Rüstəmbəyov