2021-ci ilin birinci rübündə Azərbaycana pul köçürmələrinin həcmi $213,6 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin birinci rübündə ölkəyə pul köçürmələrinin həcmi $188 milyon təşkil edib. Beləliklə, 2021-ci ilin birinci rübündə onların həcmi 13,6% artıb.
2020-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1,1 milyarda yaxın təşkil edib və 2019-cu illə müqayisədə 17,1% artıb.**
Ə.Məmmədov