Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifi ilə bağlı Moskvanın reaksiyasını gözləyir.
“Bu məsələdə Rusiyanın reaksiyası, onun rəyi çox vacibdir”, - Paşinyan cümə günü rəhbəri olduğu partiyanın üzvləri ilə görüş zamanı bildirib.
“Biz müharibədən yaxa qurtara bilərik. Bu, siyasi nöqteyi-nəzərindən, sadə, lakin praktiki nöqteyi-nəzərindən, sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı mürəkkəb prosesdir, bu, sərhədlərin demarkasiyası və delimitasiyasıdır. Və biz qeyd olunan problemin həlli üçün bu yoldan getməliyik”, - Paşinyan bəyan edib. **