AvropaİttifaqınınXarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələri təhlükəli və qorxulu adlandırıb.
“Gərginliyin dərhal azaldılması zəruridir. Avropa İttifaqı hər iki tərəfi təkidlə gələcəkdə silahlı qüvvələrin cəbhəboyu düzülməsi və hərbi əməliyyatlardan çəkinməyə çağırır”, - cümə günü Brüsseldə dərc olunan bəyanatda deyilir.
Sənəddə deyildiyi kimi, “bütün qüvvələr 12 may tarixinədək tutduqları mövqelərə geri qayıtmalıdırlar və hər iki tərəf sərhədin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlara başlamalıdır”.
Rəsmi nümayəndə məlumat verib ki, Aİ sərhədlərin delimitasiya və demarkasiyası ilə əlaqədar ekspert bilikləri ilə bölüşməyə və köməklik göstərməyə, həmçinin “Cənubi Qafqazda davamlı sülh və rifaha doğru irəliləmək məqsədilə etimadın möhkəmləndirilməsi üzrə bu qədər zəruri tədbirləri dəstəkləməyə” hazırdır. **