Gürcüstanda ötən ilin mart ayından etibarən COİD-19 pandemiyasına görə turistlər üçün bağlanan quru sərhədləri iyunun 1-dən Rusiya, Türkiyə, Ermənistan və Azərbaycan üçün açılıb. Ölkəyə ən iri turist axını ənənəvi olaraq bu ölkələrin payına düşür.
GürcüstanınBaş Naziri yanında COVID-19pandemiyasına qarşı mübarizə üzrə idarələrarası koordinasiya Şurasının qərarına əsasən, vətəndaşlar son 72 saat ərzində əldə edilmiş PZR analizinin neqativ nəticəsini göstərən sənəd və yeni növ koronavirus əleyhinə tam vaksinasiya barəsində arayış təqdim edərək Gürcüstana quru sərhədləri ilə daxil ola biləcəklər. Gürcüstana daxil olduqdan 3 gün sonra növbəti dəfə PZR analizi verməlidirlər.
Həmçinin, səfər edənlərin tibbi sığortasının olması tövsiyyə olunur. **