Fransa prezidenti Emanuel Makron Qarabağ münaqişəsi aidiyyəti olan tərəfləri minatəmizləmə və zərər görmüş rayonlara humanitar təşkilatların çıxışının təminatı kimi aktual məsələlərin həllinə çağırıb.
“Bütün saxlanılan şəxslərin azad edilməsinin təmin olunması zəruridir: yalnız hərbi əsirləri deyil, hamının”, - deyə o, Parisdə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Pşinyanla birgə mətbuat konfransında bildirib.
Həmçinin, Makronun sözlərinə görə, “beynəlxalq humanitar təşkilatların çıxışına məhdudiyyətləri aradan qaldırmaq lazımdır”.
“Minalanmış ərazilər ciddi problem olaraq qalmaqdadır”, - Fransa prezidenti əlavə edib.
“Ümumilikdə, atəşkəsə dair sazişə riayət olunur, lakin hələ çox işlər görmək gərəkdir”, - deyə o söz verib ki, Fransa münaqişə zamanı zərər görmüş dinc sakinlərə yardım göstərməyə hazırdır. **