Ağcabədi və Bərdə rayonlarında əkin sahələrinin suvarma suyu ilətəminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan prezidenti İlham Əliyev Ağcabədi və Bərdə rayonlarında 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılmasına Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən 1,4 milyon manat ayırmağı tapşırıb.
Bu addım Ağcabədi və Bərdə rayonlarının əhalisi 37,061 min nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün məqsədilə atılır.
Vəsait “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Əliyev cümə günü müvafiq sərəncam imzalayıb, sənəd dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov