“AnadoluJet” aviaşirkəti iyunun 20-dən Antalya-Bakı aviareysi üzrə uçuşlara başlayacaq. Bu barədə “Anadolu” agentliyi xəbər verir.
Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri icra ediləcək.
“AnadoluJet” sərnişinləri 31 mart 2022-ci il tarixinə qədər alacaqları biletləri cərimə ödəmədən dəyişdirmək hüququna malik olacaqlar.*