Dövlət Gömrük Komitəsi (DGK) 2021-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə 1 milyard 662 milyon 21,4 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-may aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 1 milyard 696 milyon 108 min manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinə köçürmələr 2% azalıb.
2021-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 milyard 129 milyon 482,6 min manat (azalma 8%), aksizlər üzrə 62 milyon 147,5 min manat (artım 14%), yol vergisi üzrə 17 milyon 99,5 min manat (artım 8,8%) təşkil edib.
Bundan başqa, bu dövrdə gömrük rüsumları üzrə köçürmələr 453 milyon 291,8 min manat (artım 13,7) məbləğində olub.
2021-ci il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3,9 milyard manat təşkil edir.**
Ə.Məmmədov