RF XİN-dən verilən məlumata əsasən, Rusiya, Fransa və Almaniya xarici işər nazirlərinin telefon danışığı zamanı müzakirə etdikləri mövzulardan biri Azərbaycan-Ermənistan sərhədində və Dağlıq Qarabağ ətrafında vəziyyət, həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il 9/10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının bəndlərinin icrası olub.
“Atəşkəs rejiminə ciddi şəkildə riayət olunması və meydana gələn fikir ayrılıqlarının siyasi-diplomatik həllinin zəruriliyi vurğulanıb. Nazirlər Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində ATƏT-in Minsk qrupunun rolunu təsdiq ediblər”, - məlumatda deyilir.
Rusiya tərəfindən qeyd olunub ki, “ beynəlxalq təşkilatların qoşulması yalnız Bakı və İrəvanın razılığı ilə mümkündür”, deyə RF XİN-dən əlavə olunub.
RF XİN başçısı Sergey Lavrovun Fransa və Avropanın xarici işlər naziri Jan-İv Le Drian və Almaniyanın xarici işlər naziri Hayko Maas ilə telefon danışığı bazar ertəsi baş tutub. **