Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan oğlunu bütün erməni hərbi əsirlərlə dəyişmək təklifi ilə rəsmi olaraq Azərbaycana müraciət edəcək.
“Mən aidiyyəti orqanlara əsirlərin dəyişdirilməsi ilə bağlı təklifimi Azərbaycan tərəfinə çatdırmağı tapşırmışam”, - Paşinyan Ermənistanın Şırak vilayətində seçkiöncəsi təşviqat kampaniyası zamanı bildirib.
O qeyd edib ki, oğlu Aşot Paşinyan “bütün erməni hərbi əsirlərin qaytarılması şərti ilə girov statusunda Bakıya getməyə” hazırdır.
“Lakin düşünməyin ki, bu, əsirlərin qaytarılmasının yeganə variantıdır. Bu istiqamətdə intensiv iş aparılır”, - Paşinyan bildirib.
Öz növbəsində, Paşinyanın oğlu özünün Facebook səhifəsində bəyan edib ki, “bütün erməni hərbi əsirlərin qaytarılması şərti ilə girov və ya digər statusda Bakıya getməyə hazırdır”. **