Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, iyunun 15-də azərbaycanlı həmkarı İlham Əliyev ilə Qarabağda danışıqlar keçirəcək.
“Çərşənbə axşamı (iyunun 15-də) Əliyevlə (Azərbaycan prezidenti ilə - İF) birgə işğaldan azad olunmuş şəhərlədən biri olan Şuşaya səfər edəcəyik və orada rəsmi görüşlər və müxtəlif tədbirlər baş tutacaq”, - Türkiyə mətbuatı Ərdoğanın sözlərindən sitat gətirir.
Xəbər verildiyi kimi, 14-16 iyun tarixlərində Ərdoğanın Azərbaycana səfəri planlaşdırılır.
Səfər çərçivəsində iyunun 16-da Azərbaycan və Türkiyə prezidentləri futbol üzrə Avropa Çempionatının Türkiyə-Uels matçını izləyəcəklər. **
N.Abbasova