Azərbaycan-Ermənistan sərhədində vəziyyəti xüsusi diqqət altındadır. Bu barədə KTMT-nin baş katibi Stanislav Zas bəyan edib.
“Meydanda” vəziyyət tədricən stabilləşir. Əsas odur ki, artıq atəş açmırlar (Qarabağda - İF)”, - Zas çərşənbə günü ATƏT-in forumunda çıxışı zamanı bildirib.
O əlavə edib ki, Ermənistan-Azərbaycan sərhədində, xüsusilə Ermənistanın Sünik vilayətinin sərhədyanı rayonlarında vəziyyət xüsusi diqqət altındadır.
“Tərəflərin dövlət sərhədini keçmək məsələlərini sülh yolu ilə həll etmək nizyyətini alqışlayırırq. Orada uzunmüddətli sülhün bərqərar olması perspektivini görürük. Eyni zamanda, vəziyyətin gərginləşməsi ilə bağlı risklər qalmaqdadır”, - Zas qeyd edib. **