Fransa prezidenti Emmanuel Makron Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Qarabağ mövzusunu müzakirə etmək niyyətində olduğunu bildirib.
“Biz Suriya, Liviya, Qarabağ və Ermənistanla Azərbaycan arasındakı münaqişə (sərhədyanı - İF) barədə danışacağıq”, - deyə o, Parisdə keçirilən mətbuat konfransında qeyd edib.
Makron görüşün NATO-nun iyunun 14-də keçirilməsi planlaşdırılan sammitindən əvvəl baş tutacağını bildirib.*