Azərbaycanda koronavirus infeksiyasına 73 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 335,065 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 75 yoluxma faktı qeydə alınmışdı.
Koronavirusdan heç kəs vəfat etməyib, ölənlərin ümumi sayı 4 951 nəfərə çatıb.
Virusa yoluxmuş 328,194 min nəfər (sutka ərzində +287) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 920 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 515 (ötən gün 8 618 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 606,364 min test aparılıb.**
Ə.Məmmədov