Azərbaycanda koronavirus infeksiyasına 61 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 335,126 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 73 yoluxma faktı qeydə alınmışdı.
Koronavirusdan heç kəs vəfat etməyib, ölənlərin ümumi sayı 4 953 nəfərə çatıb.
Virusa yoluxmuş 328,398 min nəfər (sutka ərzində +204) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 775 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 746 (ötən gün 8 515 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 615,11 min test aparılıb.**
X.Nəsirzadə