Səhiyyə Nazirliyi 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının tikintisinin davam etdirilməsi üçün podratçı seçimi üzrə tender elan edib.
Tenderdə iştirak haqqı 400 manatdır.
Tender təklifləri 29 iyul saat 11:41-dək qəbul olunur. İddiaçıların təklif zərfləri 30 iyul saat 11:41-də açılacaq.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A. Telefon: (+99412) 565-12-41; əlaqələndirici şəxs: Əli Abbasov.*
B.Rüstəmbəyov