Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan çərşənbə axşamı Şuşada müttəfiqlik haqqında Şuşa bəyannaməsini imzaladılar.
“Bu gün biz müttəfiqlik haqqında Şuşa bəyanaməsini imzaladıq. Bu bəyyanmə münasibətlərimizi ən yüksək səviyyəyə qaldırdı. (...) Bugünədək keyfiyyətcə yeni əlaqələr qurduq. Bu bəyannamənin bütün bəndləri gələcək əməkdaşlığımızın qarantıdır”, - Əliyev bu gün Şuşada Türkiyə lideri ilə danışılqraın yekunlarına dair bildirib.
Əliyev vurğulayıb ki, Azərbaycan və Türkiyə dünya arenasında ən yaxın dövlətlərdir.
“Azərbaycan və Tüqrkiyənin birliyini təmin edən çox sayda amillər var: tarix, mədəniyyət, ümumi etnik köklər, dil, din, milli maraqlar və dəyərlər, o cümlədən, xalqlarımızın qardaşlığı. Bu günə dünya arenasında unikal əməkdaşlıq, müttəfiqlik nümunəsini nümayiş etdiririk”, - Əliyev qeyd edib.
O, həmçinin bildirib ki, imzalanmış bəyannamə tarixə əsaslanır, bu da gələcək əməkdaşlığn əsas amilidir.
“21-ci əsrdə işğaldan azad olunmuş Şuşada bu bəyannamənin imzalanması əcdadlarımızın sadiqliyinin təzahürü və gələcək nəsillər üçün yolun nümayişidir”, - Əliyev deyib. **