“Altılar platforması” Cənubi Qafqaz bölgəsində sülhü təmin edə bilər. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan belə hesab edir.
“Altılar platforması”nın köməyi ilə, hansına ki, Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan və İranı daxil etmək nəzərdə tutulur, biz istəyirik ki, bu region sülh bölgəsinə çevrilsin”, - Ərdoğan çərşənbə axamı Şuşada Azərbaycan prezidenti İlham Əliyevlə danışıqların yekunlarına dair bildirib.
Türkiyə lideri bəyan edib ki, o, bu istiqamətdə azərbaycanlı həmkarı ilə birgə lazımi səy göstərməyə hazırdır.
“Rusiya prezidenti Vladimir Putin də regionda sülhün bərqərar olması üçün analoji səylər göstərməyə hazırdır”, - Ərdoğan bildirib. **
N.Abbasova