Azərbaycan və Türkiyə üçüncü ölkələrdə neft-qaz layihələrinin reallaşdırılmasına birgə sərmayələr imkanını müzakirə edirlər. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib.
“Bu gün Azərbaycan prezidenti İlham Əliyevlə SOCAR və TPAO (Türkiye Petrolleri Anonim Ortaklığı) şirkətlərinin zərurət yaranacağı halda üçüncü ölkələrə sərmayələrin yatırılmçası imkanını müzakirə etdik. Düşünürəm ki, bundan sonra da bu məsələ üzərində işi davam etdirəcəyik”, - Ərdoğan çərşənbə axşamı Şuşada prezident İlham Əliyevlə danışıqların yekunlarına dair bildirib.
O, həmçinin əlavə edib ki, hazırda Türkiyə şirkətləri TPAO-nun başçılığı ilə Azərbaycana ciddi sərmayələr həyata keçiriblər, o cümlədən, Azərbaycan şirkətləri SOCAR başda olmaqla Türkiyə iqtisadiyyatına iri vəsaitlər yatırıblar.
Xəbər veridliyi kimi, Azərbaycan şirkətlərinin Türkiyə iqtisadiyyatına sərmayələri $18 milyard təşkil edib. Öz növbəsində, Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına təqribən $12 milyard yatırıblar. **
N.Abbasova