2021-ci ilin yanvar-may aylarında Azərbaycana $318 milyon 139,85 min dəyərində (artım 31,8%) 31,22 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunan avtomobillərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 58,7% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $274 milyon 300,78 min dəyərində (artım 34,6%) 28,84 min ədəd avtomobil (artım 56,5%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $1 milyon 46,01 min dəyərində 29 ədəd elektrokar və $22 milyon 564,26 min dəyərində 3,719 min ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, yanvar-may aylarında ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $33 milyon 374,72 min dəyərində 2,286 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 2 dəfə), o cümlədən $5 milyon 839,11 min dəyərində 43 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 36,8%) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $4 milyon 625,24 min dəyərində 51 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 28,2%) gətirilib.
2020-ci ildə Azərbaycana $647 milyon 596,79 min dəyərində 53,729 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.*
B.Rüstəmbəyov