Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri Türkiyədə “Anadolu Qartalı - 2021” birgə taktiki-uçuş təlimində iştirak edəcəklər.
“Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2021” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb”, - Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
İyunun 21-də başlayacaq təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı və 2 ədəd Su-25 hücum təyyarəsi iştirak edəcək. **
R.Əhmədov