İyunun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda beşulduzlu “Intercontinental” otelinin açılışında iştirak ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“İntercontinental” otelində ümumilikdə, müxtəlif kateqoriyalara aid 126 otaq var. Otaqların hər birində qonaqların özlərini maksimum rahat hiss etməsi üçün bütün zəruri şərait yaradılıb. Oteldə turistlərin və paytaxt sakinlərinin xidmətində olacaq restoranlar, konfrans zalları və digər infrastuktur mövcuddur.
Burada “Lamborghini Bakı Mərkəzi”nin satış salonu da yaradılıb.
“Intercontinental” oteli keçmiş “Cənub” mehmanxanasının yerində inşa edilib.*
X.Nəsirzadə