Mən hər zaman demişəm ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkilərində indiki hakimiyyət “Mülki müqavilə” partiyası qələbə çalacaq, bu mövzuyla bağlı şərhlərimi və nəşrlərimi oxumaqla buna asanlıqla əmin olmaq olar. Lakin mən gözləmirdim ki, Paşinyanın tərəfdarlarının qələbəsi belə inandırııcı olar, səsvermədə 54% səs toplamaqla, bu da onlara özlərinin koalisiyadan kənar hakimiyyət formalaşdırmağa imkan verəcək.
Öncə demişəm ki, Paşinyanın yürütdüyü kursun fəaliyyətini üçdə beşindən tutmuş ikidə beşinədək həmvətənləri dəstəkləyəcək, bundan sonra “Mülki müqavilə” partiyası parlament çoxluğundan ibarət koalisiya hökuməti formalaşdırmağa məcbur olacaq. Lakin, əslində elə oldu ki, Ermənistan parlamentinin yeni tərkibində səslərin gərək ki, üçdə iki və hətta səslərin dörddə üçünü əldə edəcək. Əslində, seçkilərin yekunlarına dair parlamentdə Paşinyanın tərəfdarları 2018-ci ilin öncəki tərkiblə müqayisədə mandat sayına görə nə isə itirsələr belə, bu itki minimum olacaq, Ermənistanın daxili və xarici siyasətinə heç cür təsir etməyəcək.
Doğru desəm, Ermənistanda seçkilərin sonunda Rusiya KİV-də sabiq prezident Robert Koçaryanın siyasi bloku xeyrinə kütləvi və aqrssiv təbliğata uyaraq seçkilərin nəticələrinə dair proqnozlarımla əlaqədar təşvişə düşdüm. Baxmayaraq ki, Ermənistan vətəndaşlarının dörddə bir hissəsinin ona səs verəcəyini deyərkən, onun elektoral perspektivləri barədə proqnozlarımda yanılmadım. Rusiya mətbuatının bu siyasətçinin xeyrinə görünməmiş səyləri bir daha Ermənistanın siyasi kriminalının Rusiyanın informasiya məkanına təsirinin nə dərəcədə güclü olduğunu, RF-də ayrı-ayrı siyasi qüvvələrin “Qarabağ klanının” bərpasında necə maraqlı olduqlarını, Ermənistanın Koçaryanın dövründə Rusiyanın kriminal pulları üçün “paltaryuyan maşın”, İranın narkotrafik loqistika zəngirinin bir hissəsi və yol işlərində ucuz işçi qüvvə mənbəyi olaraq olaraq qalmasında maraqlı olduqlarını nümayiş etdirdi.
Həqiqətdə, Rusiyanın informasiya resursları Ermənistanda seçkiöncəsi təşviqata elə həcmdə cəlb olunmuşdular ki, şübhəsiz onların bu ölkədə seçkilərə açıq şəkildə müdaxiləsi barədə demək olar, lakin bu, həmin ölkədə daxili siyasi vəziyyəti dəyişməyə yardım etmədi.
Baş tutmuş parlament seçkilərinin yekunlarına dair Ermənistanın beynəlxalq arenada davranışının nə dərəcədə dəyişəcəyi və ümumiyyətlə dəyişəcəkmi, hələlik bunu demək çətindir. Seçkiöncəsi gərginliyin və seçkidən sonrakı eyforiyanın azalması, Ermənistanın siyasi sinifində ehtirasların sakitləşməsi, bu ölkənin xarici kuratorlarının planlarına düzəlişlərin etməsi üçün zaman tələb olunacaq. Paşinyanın yeni hakimiyyətinin yeni kursu barədə iyulun əvvəlində, formalaşdıqdan dərhal sonra və parlament tərəfindən təsdiq olunandan sonra öyrənəcəyik. Ancaq artıq bu gün də aydəndır ki, Qarabağ ətrafında postmünaqişə həll məsələsi əvəllki kimi, prioritetdə olub və olacaq və bu istiqamətdə “topaldıqaç” oynamaq cəhdləri Bakı tərəfindən bundan sonra da sərt şəkildə və heç bir güzəştə yol verməyən alınacaq. Bakı Ermənistanda seçkiöncəsi kampaniya ilə paralel olaraq Cənubi Qafqazda siyasi çəki əldə edib, iyunun 15-də imzalanmış Şuşa Bəyannaməısi bunun ən yaxşı sübutudur. Beləliklə, Ermənistanın yeni hakimiyyəti ilk gündən etibarən adaptasiya və ya öyrəşmə dövrü olmadan yeni geosiyasi reallıqda fəaliyyət göstərməlidir.
Oleq Kuznetsov, rusiyalı tarixçi, hüquqşünas və siyasi analitik
**