Azərbaycanın müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti IX Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb. Bu barədə MN-dən məlumat verilir.
İyunun 22-dən 24-dək keçiriləcək beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Konfrans Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilib. **
B.Rüstəmbəyov