2021-ci ilin yanvar-may aylarında Azərbaycanda icbari tibbi sığorta (İTS) yığımları 216,8 milyon manat təşkil edib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“2021-ci ildən icbari tibbi sığorta yığımlarının tətbiqinə başlanıb.5 ayın yekunları üzrə yığımlar 216,8 milyon manat təşkil edib, bu da proqnozdan 10,7% çoxdur”, - Cabbarov Facebook səhifəsində yazıb.
2020-ci ilin yanvar ayından ölkənin 23 şəhər və rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. 2021-ci ilin yanvar ayından etibarən bu sistem 36 şəhər və rayonda, aprelin 1-dən isə qalan 7 şəhər və rayonda (Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları) tətbiq olunub.
İTS-in tətbiqi sahəsində bir sıra tədbirlərin maliyyə təminatı üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 2021-ci ilin dövlət büdcəsindən 1 milyard 44,7 milyon manat ($614,5 milyon) ayrılacaq ki, bu da 2020-ci illə müqayisədə 6,2% çoxdur.**
Ə.Məmmədov