Prezident İlham Əliyev Antonio Quterreşi Birləşmiş Millətlər Təşkilatının baş katibi vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Təbrik məktubu dövlət başçısının saytında dərc olunub.
İ.Əliyev qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyət daşıyır.
“Azərbaycan həm BMT-nin üzvü, həm də Qoşulmama Hərəkatının hazırkı sədri qismində təşkilatın qlobal çağırışlara qarşı mübarizəsini, dünya ictimaiyyətini narahat edən məsələlərdə fəal mövqeyini dəstəkləyir və bu işə öz töhfəsini verməyə davam edəcəkdir”, - deyə prezident vurğulayıb.
O, əmin olduğunu bildirib ki, Quterrişin qarşıdakı fəaliyyəti bundan sonra da dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasında, beynəlxalq əməkdaşlığın təşviqində BMT-nin mühüm alət olaraq rolunun güclənməsinə xidmət edəcək.*
X.Nəsirzadə