Rusiyanın “S7 Airlines” aviaşirkəti iyulun 4-dən etibarən Saratov-Bakı marşrutu üzrə uçuşlara başlayacaq. Bu barədə “Qaqarin” aeroportunun mətbuat xidməti məlumat yayıb.
Uçuşların həftədə bir dəfə - bazar günləri “Boeing-737800” təyyarəsi ilə həyata keçirilməsi nəzərdə tutulur.
Saratovdan yola düşmə saat 18:00-da, Bakıya gəliş saat 20:20-də (hər hava limanı üçün yerli vaxtla) planlaşdırılır.*